FİFA prezidenti Canni İnfantino Cənub-Şərqi Asiya ölkələri üçün yeni futbol turniri – ASEAN Kubokunu (Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası) elan edib.
Operativ Media xəbər verir ki, bu haqda İnfantino Malayziyada keçirilən təqdimat mərasimində bildirib.
“ASEAN Kuboku region ölkələrini bir araya gətirir və bu turnir böyük uğur olacaq. O, milli futbol komandalarının ASEAN regionundakı mövqelərini gücləndirməyə, həmçinin bütün Cənub-Şərqi Asiyada idmanın inkişafına töhfə verməyə kömək edəcək”.
Turnirin formatı isə ölkə nümayəndələri ilə keçiriləcək müzakirələr zamanı müəyyənləşəcək.
Qeyd edək ki, ASEAN çempionatı artıq Cənub-Şərqi Asiyada iki ildən bir təşkil olunur. Hazırkı çempion 2024-cü ilin finalında Tailandı məğlub edən Vyetnamdır.






