Almaniyada quş qripi səbəbindən 400 mindən çox heyvan məhv edilib
Operativ Media
Almaniyada quş qripi halları 2021-ci ildəki ən ağır dövrlə müqayisə oluna biləcək səviyyəyə çatıb.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fridrix Löffler İnstitutunun (FLI) açıqlamasında bildirilib.
Məlumata əsasən, ölkənin 30 fermasında ümumilikdə 400 min toyuq, ördək, qaz və hind quşu məhv edilərək utilizasiya edilib.
İnstitut nümayəndələri vəziyyətin necə inkişaf edəcəyini proqnozlaşdırmağın hələ mümkün olmadığını bildiriblər.
Xatırladaq ki, Almaniyada 2020–2021-ci illərin qış aylarında quş qripi epidemiyası nəticəsində 2 milyondan artıq ev quşu məhv edilmişdi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net