Tərəfdaşlarımızın valyutalarının ucuzlaşması bizim inflyasiyamıza təsir edir - Taleh Kazımov

admin
Tərəfdaşlarımızın valyutalarının ucuzlaşması bizim inflyasiyamıza təsir edir - Taleh Kazımov

Bizim məzənnə rejimimiz sabitdir. Bu rejim özünü doğruldur. Əsas məqsədimiz makroiqtisadi sabitliyi təmin etməkdir.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AZTV-yə müsahibəsində bildirib.

"Ticarət tərəfdaşlarımızın valyutalarının kəskin dəyişiminin və ya ucuzlaşmasının birbaşa bizim valyuta bazarımıza təsiri yoxdur, bizim inflyasiyamıza təsiri var. Ticarət tərəfdaşlarımızın yerli valyutaları ucuzlaşanda qısa müddətdə, yəni növbəti 3-6 ay bizim inflyasiyamız azalır, çünki o ölkələrdən idxal olunan mallar daha da ucuz olur.

Ticarət tərəfdaşlarımızın yerli valyutaları uzun müddətə ucuzlaşsa, bu, artıq həmin ölkələrdə inflyasiyaya təsir göstərir. Artıq 3-6 aydan sonra həmin inflyasiya bizm ölkəmizə idxal olunur", - o qeyd edib.

Digər xəbərlər