Mərkəzi Bankda OECD və Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

Nərmin Qocamanlı
Mərkəzi Bankda OECD və Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

Mərkəzi Bankda oktyabrın 11-də “Azərbaycanda dövlət müəssisələrinin idarəetməsinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının  korporativ idarəetmə prinsiplərinə uyğunluğunun yoxlanması layihəsi” çərçivəsində OECD və Dünya Bankının nümayəndələri ilə görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının  "X" hesabında bildirilib.

Bildirilib ki, görüş zamanı sözügedən layihə barədə, o cümlədən korporativ idarəetmə sahəsində Mərkəzi Bankın yeni requlyativ tələblərinə dair ətraflı məlumat verilib. Görüşdə həmçinin gələcək əməkdaşlıq imkanları müzakirə edilib. 

Digər xəbərlər