Azərbaycanın Ermənistana qarşı yeni müharibəyə başlamaq niyyəti yoxdur - Elçin Əmirbəyov

admin
Azərbaycanın Ermənistana qarşı yeni müharibəyə başlamaq niyyəti yoxdur - Elçin Əmirbəyov

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Radio France”a müsahibə verib.

O, müsahibəsində son vaxtlar Fransanın Azərbaycanla bağlı mövqeyi, Ermənistanla Azərbaycan arasında başlamalı olan sülh danışıqları, regiondakı vəziyyət, həmçinin cinayətkar xunta rejiminin Azərbaycan tərəfindən saxlanılan üzvləri ilə bağlı radionun suallarını cavablandırıb.

"Operativ Media" xəbər verir ki, Elçin Əmirbəyov  sülh danışıqlarında Qarabağın həbsdə olan "liderləri" ilə bağlı suala da aydınlıq gətirib.

"Əvvəlcə onu vurğulamalıyıq ki, silahlarını təhvil verən separatçılara amnistiya elan etmişik. Onların Laçın yolu ilə ərazimizi tərk etmək azadlığı var idi. Amma həbs olunanlara gəlincə, söhbət Azərbaycanın mülki əhalisinə qarşı törədilən dəhşətli zorakılıqlarda iştirakı sübuta yetirilən kiçik bir qrup şəxsdən gedir. Bizdə sübut var. Məhkəmə bunu nümayiş etdirəcək. Bu hərbi cinayətlər üçün heç bir müddət yoxdur və yalnız bu cür insanlar həbs olunur. Onların məhkəməsi zəruridir. Onların azad edilməsi ilə yaxınlarını itirmiş insanlara münasibətdə ədalətli ola biləcəyimizi düşünmürəm. Biz onları sırf xoş niyyət jesti kimi azad edə bilmərik. Çünki hesab edirəm ki, bu münaqişənin bu qədər uzun sürməsinin səbəblərindən biri də cəzasızlıqdır"

 

Digər xəbərlər