Bizi Vaqifin dəstəsi qırdı - Zərərçəkmiş (VİDEO)

admin
Bizi Vaqifin dəstəsi qırdı - Zərərçəkmiş (VİDEO)

Atam ovçu idi, ona görə ilk onu öldürdülər

"Operativ Media" xəbər verir ki, bunu Vaqif Xaçaturyanın məhkəməsində zərərçəkmiş İlham Kazımov deyib.

Zərərçəkən bildirib: Xalamı ayağından yaralamışdılar. Ona gəlib çatanda dedi ki, bizi Vaqifin dəstəsi qırdı. Kəndin yolunu tam tuta bilməmişdilər, Laçına doğru yol açıq qalmışdı, oranı da ermənilər tutsaydı hamımızı öldürəcəkdilər".

"Yoldaşım da uşaqlarla qarlı havada oradan çox çətin çıxa bildilər. Mən yaralı olaraq meşəyə çıxdım, gördüm ki, ailəm orada qalıb. Yoldaşım donvurmadan əlil oldu. Sonra biz başqa yerə keçib, helikopterlə Ağdama gətirdilər. Bu Vaqif Meşəli hadisələrin döyüşlərə rəhbərlik edib, azərbaycanlılara qan uddurub. Bu adam ömürlük həbs olunmalıdır. Biz bunu tələb edirik", - İlham Kazımov bildirib.

Digər xəbərlər