Smartfon bazarında böyük geriləmə yaşanıb 

Əziz Əzizli
Smartfon bazarında böyük geriləmə yaşanıb 

Smartfon bazarının son illərdə doyduğu və insanların alış vərdişləri səbəbindən azaldığı barədə məlumatlar qlobal medianın gündəmindədir.  

 “Operativ Media” xəbər verir ki. “Counterpoint Research” şirkəti smartfon bazarı ilə bağlı yeni araşdırmasını təqdim edib. 

Şirkət bu ilin 3-cü rübündə smartfon bazarının performansını açıqlayıb və bazarın gözlənildiyi kimi qlobal səviyyədə yavaşladığını göstərib. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmalarda 8 faiz azalma qeydə alınıb. Bu azalmaya 2023-cü ilin 3-cü rübündə əsasda baxdığımızda bunun daha qabarıqlaşdığı görülür. 

Bununla belə, 2023-cü ilin ikinci rübü ilə müqayisədə 2 faizlik artım qeydə alınıb ki, bu da gələcək üçün ümidvericidir. “Counterpoint Research” bu azalmanın səbəbini istehlakçı tələbatının azalması ilə əlaqələndirir.  

“Counterpoint”ə görə, Yaxın Şərq və Afrika regionu 3-cü rübdə illik artımı qeydə alan yeganə region olub. İnkişaf etmiş bazarlarda əhəmiyyətli azalmalar olub, lakin 4-cü rübdə satışların bərpası gözlənilir. 

Məlumata görə, Samsung 3-cü rübdə 20 faizlik bazar payı ilə qlobal smartfon bazarının lideri olub. Şirkətin A seriyalı cihazları satışlarda həlledici rol oynayıb. Bundan başqa, beşinci nəsil qatlana bilən cihazlar arasında Flip 5, Fold 5-i geridə qoyub. Apple isə iPhone 15 seriyasının məhdud olmasına baxmayaraq 16 faiz bazar payı ilə ikinci yeri tutub. Xiaomi üçüncü, Vivo və OPPO isə müvafiq olaraq dördüncü və beşinci yerdə qərarlaşıb. Bu üç Çin brendi öz ölkələrində mövqelərini gücləndirməyə davam edərkən beynəlxalq genişlənməni bir qədər azaldıblar. 

Bazarın 34 faizini Honor, Huawei və Transsion Group kimi digər markalar tutur. Bu markalar ildən-ilə artım qeyd edərkən, digərləri 3-cü rübdə ikirəqəmli geriləmə yaşadılar.

Sevinc İbrahimzadə

Digər xəbərlər