Bakıda külək güclənib - FAKTİKİ HAVA

admin
Bakıda külək güclənib - FAKTİKİ HAVA

Oktyabrın 19-u saat 17:00-a olan hava proqnozuna əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.

Bu barədə "Operativ Media"ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Naxçıvan Muxtar Respublikası, Qazax, Gəncə, Mərkəzi Aran və Balakən, Şəki bölgələrində arabir yağış yağıb.

Şimal-qərb küləyi bəzi rayonlarda, Bakıda və Abşeron yarımadasında 18 m/san-dək güclənib.

Digər xəbərlər