"Türkiyə-Azərbaycan qırıcıları Xankəndindi səmasında uçuş həyata keçirəcək"- hərbi ekspert

admin
"Türkiyə-Azərbaycan qırıcıları Xankəndindi səmasında uçuş həyata keçirəcək"- hərbi ekspert

"Türk şahinlər Azərbaycan şahinlərilə birgə Bakı, Naxçıvan, Xankəndinin azad edilmiş əraziləri üzərindən uçuşlar həyata keçirəcəklər"- bunu "Operativ Media" ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Emin Həsənlinin sözlərinə görə, Türkiyə Azərbaycan qardaşlığı ən yüksək səviyyələrdə əlaqələrimiz davam edir. 

"Bu qardaşlığın ən böyük təntənəsi Şuşa bəyannaməsidir və Şuşa bəyannaməsi bütün sahələrdə siyasi, iqtisadi, humanitar, hərbi sahədə əlaqələrin dərinləşməsidir. Azərbaycan Türkiyə hərbi baxımdan əməkdaşlığı yüksək səviyyədədir. Prezident İlham Əliyevin tapşırığına uyğun Azərbaycan ordusu türk moduluna keçir. Bunun üçün elə qanunvericilik baza müəyyənləşib, quru qoşunlarımız yaranıb, xeyli sayda təlimlər keçirilir. Müxtəlif qoşun növləri üzrə bu təlimlər Türkiyədə də, Azərbaycanda da olur. İndi də işğaldan azad edilmiş ərazilərdə də bu təlimlər həyata keçiriləcək. Türk şahinlər Azərbaycan şahinlərilə birgə Bakı, Naxçıvan, Xankəndinin azad edilmiş əraziləri üzərindən uçuşlar həyata keçirəcəklər. Bunun önəmi çox böyükdür"

 

Emin Həsənli bildirib ki, indi dünyamız ən gərgin dövrünü yaşayır. 

"Rus-Ukrayna müharibəsi, Fələstin-İsrail müharibəsi və dünyanın bir çox ərazilərində müharibələr davam edir və bu müharibələrin olduğu bir dünyada güclü ordunun olması çox vacibdir hər bir dövlətin müstəqilliyi ərazi bütövlüyü baxımından. Türkiyə Azərbaycan dövlətinin, Azərbaycan da Türkiyə dövlətinin qarantiyasıdır. Şuşa bəyannaməsinə uyğun olaraq bir birinə hər hansısa bir hücum olarsa digər dövlət ona kömək edəcək. O cümlədən hərbi yardım edəcək. Bunun üçün də qoşunların kordinasiyalı fəaliyyəti çox önəmlidir. Birgə təlimlər keçdikcə həm təcrübələr böyüyür, Türkiyənin terrora qarşı fəaliyyətdə çox təcrübəsi var, müharibə təcrübəsi var. Azərbaycan ordusu da İkinci Qarabağ müharibəsində və 1 günlük antiterror tədbirlərində böyük təcrübə əldə edib. Bu təcrübəni də bölüşməsi çox önəmlidir. Ona görə də bu təlimlərin keçirilməsi hərbi, siyasi, mənəvi, psixoloji əhəmiyyəti həddindən artıq böyükdür"

Digər xəbərlər