"Uşaqların gələcək həyatının 80 faizi bağçada formalaşır"

Nərmin Qocamanlı
"Uşaqların gələcək həyatının 80 faizi bağçada formalaşır"

"Uşaq bağçasına əyləncə yeri kimi yox ciddi yanaşmaq lazımdır. Çünki uşaqların gələcək həyatının 80 faizə qədəri burada formalaşır".

"Operativ Media" xəbər verir ki, bu sözləri “Gələcək İndi” Təhsil Menecmenti Zirvəsində çıxış edən təhsilin idarə olunması üzrə mütəxəssis Rasif Dünyamalıyev bildirib.

O, qeyd edib ki, Avropada bu gün uşaqların 90 faizə qədəri məktəbəqədər təhsilə cəlb olunur:

"Biz bu cəhəttən ölkə olaraq çox geri qalırıq. Azərbaycanda hazırda məktəbəqədər təhsilə cəlb olunma 20 faizə qədərdir".

"Azərbaycanda təxminən 890 min 3-6 yaş aralığında olan uşaq var. Bu çox ciddi rəqəmdir. Onların cəmi 125 mini məktəbəqədər təhsilə cəlb olunub", - o, qeyd edib.

 

Digər xəbərlər