2024-2025-ci illərdə Ermənistan Atom Elektrik Stansiyasında (AES) iki mühüm layihənin icrası tamamlanacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan jurnalistlərlə görüşü zamanı bildirib.
"Birinci layihə yeni paylayıc elektrik şəbəkəsinin tikintisidir. Köhnə şəbəkə hələ 1974-cü ildə qurulmuş, köhnəldiyi üçün elektrik enerjisinin verilişi mütəmadi olaraq kəsilmiş, aidiyyatı qurumlar onu tez-tez təmir etməli olmuşdu. Yeni qurğunun tikintisi qrafikə uyğun davam edir, tamamlanması 2025-ci ilə planlaşdırılır. Əlavə etməliyəm ki, müstəqillik illərində ilk dəfədir ki, biz sıfırdan belə yeni struktur qururuq”, - Vardanyan qeyd edib.






