Türkiyədə 149 hakim futboldan uzaqlaşdırıldı

Əziz Əzizli
Türkiyədə 149 hakim futboldan uzaqlaşdırıldı

Türkiyə Futbol Federasiyası (TFF) mərc oyunlarında iştirak edən 149 hakim haqqında qərar verib.

Operativ Media  xəbər verir ki, sözügedən referilər 8-12 ay aralığında hakimlikdən uzaqlaşdırılıblar.

FİFA hakimi Zorbay Küçük, eləcə də Melih Kurt və Mertcan Tubayla bağlı istintaqın davam etdirilməsinə qərar verilib. 

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu keçirdiyi mətbuat konfransında 571 aktiv hakimdən 371-nin mərc hesabının olduğunu, onlardan isə 152-nin aktiv mərc oynadığını açıqlamışdı.

Digər xəbərlər