Cəlilabadda dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulmuş gənc vəfat edib - YENİLƏNİB

admin
Cəlilabadda dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulmuş gənc vəfat edib - YENİLƏNİB

Cəlilabadda dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulmuş gənc qız vəfat edib.

"Operativ Media" xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. 

Qeyd edilib ki, rayonun Sabirabad kənd sakini bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Belə ki, 2023-cü il dekabrın 30-da rayonun Sabirabad kənd sakini 31.10.2002-ci il təvəllüdlü (cinsi qadın) vətəndaş Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub.

Pasiyentə zəruri tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq yanvarın 4-də saat 10:30 radələrində vəfat edib.

Bundan əvvəl onun qızılca xəstəliyindən dünyasını dəyişdiyi bildirilirdi.

***

17:12

Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.

"Operativ Media"nın verdiyi xəbərə görə, rayonun Sabirabad kənd sakini Sevil Cabbar qızı İbayevan bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ölüb.

S.İbayeva infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırdı.

Qeyd edək ki, o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.

Digər xəbərlər