Daxili işlər nazirinin Gədəbəydəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Nərmin Qocamanlı
Daxili işlər nazirinin Gədəbəydəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun Gədəbəydə keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, Vilayət Eyvazov tərəfindən yanvar ayının 17-də Gədəbəy Rayon Polis Şöbəsində keçirilməsi nəzərdə tutulan Ağstafa, Daşkəsən, Tovuz, Qazax, Gədəbəy və Şəmkir şəhər və rayonlarının sakinlərinin qəbulu yanvar ayının 25-də olacaq.

Digər xəbərlər