Səhər yeməyi günün ən vacib yeməyidir. Adətən, günə səhər yeməyi yeyərək başlayanlar həm fiziki, həm də psixoloji olaraq daha gümrah olurlar. Gecə boyunca ac qalan bədənin özünə gəlməsi və gün ərzində enerjili qala bilməsi baxımından səhər yeyilən yeməyin əhəmiyyəti böyükdür.
Bəs səhər yeməyində hansı qidalar yeyilməlidir?
Bu barədə sağlam qidalanma məsləhətçisi Səbinə Yusifova "Operativ Media"ya bildirib ki, səhər yeməyində xüsusilə şirin çay içmək tövsiyə olunmur:
"Səhər yeməklərində daha çox yumurta, kəsmik, yulafdan istifadə edilir. Həmçinin yumurta və süddən pankeklər, omletlər hazırlamaq olar. Pomidor, xiyar, hər hansı bir tərəvəz və göyərti yemək vacibdir. Bundan başqa, bizim millətimizin səhərlər şirin çay içmək kimi adəti var. Bu isə qəti şəkildə qadağandır, çünki şirin çay şəkərin səviyyəsini qaldırır. Eyni zamanda səhər yeməyində sosis və kolbasa istehlak etmək də düzgün deyil".
Mütəxəssis onu da qeyd edib ki, səhər yeməyi üçün saat 8-9 aralığı idealdır.






