Gürcüstanın paytaxtı Tbilisi sakinləri "Google Maps"da həmişə eyni yerdə gördükləri sahibsiz iti qeyd ediblər.
"Operativ Media" xəbər verir ki, artıq internetdə qeydiyyat ünvanı olan sahibsiz itə 5 ulduzla yanaşı, çoxlu müsbət şərhlər də yazılıb.
Sahibsiz it "Google Maps"da onun üçün yaradılan məkan sayəsində bir çox insan tərəfindən ziyarət edilir.