Ötən il SİF tərəfindən 3.276 investisiya layihəsinə güzəştli kredit verilib

Nərmin Qocamanlı
Ötən il SİF tərəfindən 3.276 investisiya layihəsinə güzəştli kredit verilib

"Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 459,9 mln. manat olan 3.276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 mln. manat güzəştli kredit ayrılıb".

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

O, qeyd edib ki, bu kreditlər hesabına 3.000-dən çox yeni iş yeri yaradılıb. Kreditlərin layihə sayı üzrə 99,8%-i, məbləğ üzrə isə 91,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.

Digər xəbərlər