Rusiyanın Ukraynanın paytaxtı Kiyevə gecə hücumu nəticəsində üç nəfər ölüb, 27 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko teleqram kanalında yazıb.
"İlkin məlumata görə Desnyanski rayonunda üç nəfər ölüb, 27 nəfər yaralanıb (onlardan altısı uşaqdır). Dağıntılar doqquzmərtəbəli yaşayış binasına ikinci mərtəbə səviyyəsində düşüb.
Bir neçə mənzil alovlanıb və yanğın dördüncü-yeddinci mərtəbələrdəki eyvanlara yayılıb. Yanğın artıq söndürülüb".
O, qeyd edib ki, beş nəfər xilas edilib.
Obolonski rayonunda PUA-nın qalıqları 16 mərtəbəli yaşayış binasına düşüb. Bir mənzilə ziyan dəyib.






