ABŞ Konqresinin Senatı 2023-cü il üçün müdafiə büdcəsini razılaşdırıb, daha əvvəl Nümayəndələr Palatası tərəfindən təsdiqlənib.
Büdcə 847,3 milyard dollar, o cümlədən Ukraynaya hərbi yardım üçün 800 milyon dollar təşkil edəcək.
"Operativ Media" ABŞ KİV-ə istinadən xəbər verir ki, müdafiə büdcəsi layihəsi ABŞ tarixində ən böyük layihə ola bilər.
Təsdiqləndikdən sonra sənəd imzalanmaq üçün prezident Co Baydenə göndəriləcək.