İxrac olunan mallara 72 mindən çox mənşə sertifikatı verilib

Nərmin Qocamanlı
İxrac olunan mallara 72 mindən çox mənşə sertifikatı verilib

2023-cü il ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ixrac olunan mallara 72 554 mənşə sertifikatı verilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, 2022-ci illə müqayisədə ötən il bu göstərici 18,7% artıb.

Belə ki, 2022-ci il ərzində Dövlət Xidməti tərəfindən ixrac olunan mallara 61 142 mənşə sertifikatı verilib.

Digər xəbərlər