AYİB və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC arasında Kredit Sazişi imzalanıb

Nərmin Qocamanlı
AYİB və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC arasında Kredit Sazişi imzalanıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə ölkəmizin uğurlu əməkdaşlığı çərçivəsində AYİB və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC arasında Kredit Sazişi imzalanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

"Sənədin icrası regional kommunikasiyaların və ticarət əlaqələrinin gücləndirilməsinə, tranzit yüklərinin daşınmasının artırılmasına və marşrut istiqamətlərini şaxələndirməklə rəqabətqabiliyyətliliyin yüksəlməsinə töhfələr verəcək", - nazir qeyd edib.

Resim

Resim

Resim

Nərmin Qocamanlı

Digər xəbərlər