Fevral ayının 1-dən etibarən minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı alınır.
Bəs bu zaman alınan utilizasiya haqqının Əlavə Dəyər Vergisi (ƏDV) də avtomobil sahibindən alınmalıdır?
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən “Operativ Media”ya bildirilib ki, minik avtomobillərinin gömrük ərazisinə gətirilməsi ilə bağlı alınan utilizasiya haqqı "Nəqliyyat Vasitələrinin Utilizasiya Fondu"na köçürülür.
Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsi ilə bağlı alınan utilizasiya haqqına isə ƏDV tətbiq olunmur.
Qeyd edək ki, sosial şəbəkələrdə DGK-da utilizasiya haqqına ƏDV tətbiq edilməsinə dair məlumatlar yayılıb.






