Fransa millisinin qadınlardan ibarət komandası Millətlər Liqasının yarımfinalında Almaniya ilə 2:2 hesablı heç-heçə edib. Qarşılaşma Kan şəhərində keçirilib.
Operativ Media xəbər verir ki, hesabı üçüncü dəqiqədə fransalı Melvin Malard açıb. Almaniya yığması isə cəmi bir neçə dəqiqə sonra Nikol Aniominin qolu ilə hesabı bərabərləşdirib. İkinci hissənin əvvəlində Klara Bühl qonaqları önə çıxarıb. Fransa millisi matçın sonlarında Klara Mateonun vurduğu qolla məğlubiyyətdən qurtulub.
Almaniya yığması ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi üçün ümumi nəticədə finala yüksəlib və burada İspaniya ilə qarşılaşacaq. İspaniya isə İsveç üzərində evdə 4:0, səfərdə isə 1:0 hesabı ilə qələbə qazanıb.
Beləliklə, finalda Almaniya ilə İspaniya, üçüncü yer uğrunda görüşdə isə Fransa ilə İsveç qarşılaşacaq. İlk oyunlar noyabrın 26-da, cavab qarşılaşmaları isə dekabrın 2-də keçiriləcək.






