Messi müxtəlif idman növlərindən olan kumirlərinin adını çəkib

Əziz Əzizli
Messi müxtəlif idman növlərindən olan kumirlərinin adını çəkib

“İnter Mayami” klubunun və Argentina millisinin hücumçusu Lionel Messi müxtəlif idman növlərindən olan kumirlərinin adlarını çəkib.

Operativ Media  xəbər verir ki, o, bu haqda "NBC News"a müsahibəsində deyib.

“Biz, argentinalılar üçün Maradona həmişə ən böyük kumir və ən çox sevilən şəxs olub. Dieqo bütün sərhədləri aşdı. Digər idman növlərindən danışsaq, eyni hal Maykl Jordanla da baş verdi. Roger Federer, Rafael Nadal və Novak Cokoviç kimi tennisçilərə böyük hörmətim var”, – deyə o bildirib.

Basketbolçular arasında isə argentinalı Lebron Ceyms və Stiven Karrini fərqləndirib.

38 yaşlı Messi səkkiz dəfə “Qızıl top”un və altı dəfə “Qızıl buts”un sahibi olub. O, 2023-cü ildə MLS komandası “İnter Mayami”yə qoşulmazdan əvvəl “Barselona” və PSJ klublarında çıxış edib. “Barselona” ilə 10 dəfə La Liqa və 4 dəfə Çempionlar Liqası, PSJ ilə isə iki dəfə Liqa 1 çempionluğunu qazanıb. Argentina millisinin heyətində isə Messi Olimpiya və dünya çempionu tituluna sahib olub.

Digər xəbərlər