Lerik rayonunda maqnitudası 3.5, dərinliyi isə 31 km olan zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən "Operativ Media"ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 15:28-də Lerik stansiyasından 10 km qərbdə, Lerik rayonunda qeydə alınıb.
Zəlzələ 3 bala qədər hiss olunub.