Şabranda doğuş zamanı ana və uşaq ölüb - YENİLƏNİB

admin
Şabranda doğuş zamanı ana və uşaq ölüb - YENİLƏNİB

Şabranda doğum evində ana və uşaq ölümü ilə bağlı müvafiq araşdırma aparılır.

"Operativ Media" xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ölümün dəqiq səbəbi aparılacaq patoloji-anatomik müayinə və müvafiq hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində aydınlaşacaq.

***

19:12

Şabranda doğuş zamanı ana və körpəsi ölüb.

"Operativ Media" xəbər verir ki, hadisə Şabran Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, rayon sakini, 1987-ci il təvəllüdlü Qasımova Nailə Əlihüseyn qızı körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.//Report//

Digər xəbərlər