"Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 135-ə çatıb

Nərmin Qocamanlı
"Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 135-ə çatıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 mikro sahibkara "Startap" şəhadətnaməsi verilib.

"Operativ Media" xəbər verir ki, bu barədə KOBİA sədri Orxan Məmmədov "X"də bildirib.

O, qeyd edib ki, bu şəhadətnamə 3 il müddətinə mənfəət və gəlir vergisindən azad edilən layihələr istehsal və xidmət sahələri üzrə innonativ həlləri əhatə edir.

Bununla da Startap Şəhadətnaməsi almış KOB subyektlərinin sayı 135-ə çatıb.

Resim

Digər xəbərlər