Bakı restoranlarından bahalı iftar menyuları - SİYAHI

Redaksiya
Bakı restoranlarından bahalı iftar menyuları - SİYAHI

Ramazan ayının başlaması ilə restoranların müştərilərinin sayında azalma müşahidə edilir. Restoranlar isə günorta itirdikləri müştəriləri axşam geri qazanmaq üçün xüsusi iftar menyuları hazırlayırlar. Hər büdcəyə uyğun iftar menyusu olsa da, bir nəfər üçün qiymətin 50 manatdan yuxarı olanlar da var.

“Operativ Media” paytaxtda olan bəzi restoranların iftar menyularının qiymətlərini araşdırıb. Restoranların təqdim etdiyi kampaniyalara əsasən hazırda iftar menyularının qiyməti belədir:

  • "Etçi Umut Baku" - bir nəfər üçün 95 AZN
  • "Günaydın" restoranı - bir nəfər üçün 90 AZN
  • "Fairmont Baku" - bir nəfər üçün 80 AZN
  • "360 Ruby Baku" - 2 nəfər üçün 80 AZN
  • "Mənzərə" restoranı - bir nəfər üçün 75 AZN
  • "Abşeron Marriot" - bir nəfər üçün 72 AZN 
  • "Ocakbaşı" - restoranı bir nəfər üçün 70 AZN
  • "Prive Steak Gallery" - bir nəfər üçün 55-65-80 AZN (menyudan asılı olaraq)
  • "Teleqüllə" - restoranı, 1-ci mərtəbə iki nəfər 60 AZN
  • "Elvet Steak House" - bir nəfər üçün 40 AZN
  • "Hilton Cilantro" - restoranı 1 nəfər 39 AZN

Qeyd edək ki, qiymətə sup, qarnirlər, əsas yeməklər və şirniyyatla çay daxildir.

Digər xəbərlər