Azərbaycanda yanvar ayında 1700-dən çox boşanma qeydə alınıb

Nərmin Qocamanlı
Azərbaycanda yanvar ayında 1700-dən çox boşanma qeydə alınıb

Azərbaycanda boşanmaların sayı artıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin ilk ayında 3657 nikah və 1729 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,2-yə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,0-a qədər artıb.

Digər xəbərlər