Bölgələrdə ev qiymətləri dəyişib - ARAŞDIRMA

Redaksiya
Bölgələrdə ev qiymətləri dəyişib - ARAŞDIRMA

Son iki ildə Azərbaycanda mənzil qiymətləri bazarın indiyə qədər olan göstəricisinin ən yüksək həddinə çatıb. Paytaxda mənzil qiymətləri ötən ilə nisbətən 15%-dən çox artıb.

Bəs bölgələrdə vəziyyət necədir?

“Operativ Media” xəbər verir ki, paytaxt qədər olmasa da, bəzi bölgələrdə çoxmənzilli binalara təlabat kifayət qədər çoxdur. Rieltor Tural Əfəndi deyir ki, xüsusilə, rayon mərkəzlərində yaşamaq istəyənlər belə mənzillərə üstünlük verirlər.

“Evlərə marağın getdikcə artması isə qiymətlərə təsirsiz ötüşmür. Göyçayda son illər bina evlərinin qiyməti xeyli bahalaşıb. 2 il öncə Göyçay şəhərinin mərkəz ərazisində 1 otaqlı evin qiyməti 35 min manat idisə, artıq 45 min manata qalxıb. Zaqatala və Şəkidə isə vəziyyət nisbətən fərqlidir. Bu rayonlarda bina evlərinə təlabat zəifdir. Ancaq son illərdə istər yeni, istərsə də köhnə tikililərdə nəzərəçarpacaq bahalaşma müşahidə edilir. Təzə binalarda mənzilin bir kvadratmetri 1200 manatdan başlayır. Köhnə binalarda isə otaq və mərtəbə sayına görə dəyişir. 2 otaq, 3 otaqlı binalar 55-60 min manat arasıdır. Ötən il isə 40 min manata ev tapmaq olurdu”
Tural Əfəndinin sözlərinə görə, Lənkəran, Astara, Qəbələ bölgəsində yeni tikililər nisbətən çoxdur. Bu ərazilərin turizm potensialı yüksək olduğundan 3 otaqlı evlər ortalama 65-80 min manat arasıdır.

“Qiymət artımına səbəb son illər yeni yaşayış binalarının tikilməmsidir. Hər gün 50-yə yaxın insan kirayə mənzil üçün müraciət edir, amma təmin etmək çətin olur, Çünki, kirayə mənzillərin də sayı azdır. Həyət evlərinin qiyməti isə çox dəyişir. 30 min manatdan, 2 milyon manata qədər artır. Raynolarda insanlar xüsusilə torpaq sahələri alıb, özləri inşa etməyə üstünlük verirlər. Ona görə də, köhnə həyət evlərinə də tələbat azdır. Ümumilikdə qiymətlərin baha olmasına görə, alıcılıq zəifdir. Tələbat var, amma qiyməti yüksəkdir”.

Digər xəbərlər