"WizzAir" gələn il mayın 1-dən İtaliyanın paytaxtı Romadan Bakıya və əks istiqamətdə uçuşlara başlayacaq.
"Operativ Media" xəbər verir ki, uçuşlar hər həftənin bazar ertəsi və cümə günləri həyata keçiriləcək.
Qeyd edək ki, hazırda Macarıstanın paytaxtı Budapeştdən və BƏƏ paytaxtı Abu-Dabidən Bakıya aviareyslər yerinə yetirir.






