“Azercell”in işini görən şəxsi elektrik cərəyanı vurub.
Şirkətdən Operativ Media-ya bildirilib ki, hadisə nəticəsində xəsarət alan şəxs “Azercell Telekom” MMC-yə xidmət göstərən podratçı təşkilatın əməkdaşıdır.
Qeyd olunub ki, “Azercell” hadisədən dərhal sonra məsələni diqqətə alıb, aidiyyəti qurumlarla birgə araşdırmaların aparılması və xəsarət alan şəxsin vəziyyəti ilə bağlı dəstəyin göstərilməsi istiqamətində zəruri tədbirləri görüb:
“Şirkət insan təhlükəsizliyini hər zaman prioritet sayır, əmək və texniki təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl edilməsinə xüsusi diqqət yetirir”.
16:17
Lənkəran rayonunda “Azercell”in əməkdaşını iş zamanı elektrik cərəyanı vurub.
Operativ Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə rayonun Gərgiran kəndində qeydə alınıb.
Məlumata görə, mobil operator şirkətinin enerji mühəndisi vəzifəsində çalışan, Cəlilabad rayonunun Günəşli kənd sakini, 1986-cı il təvəllüdlü Rusif Nurəddin oğlu Əmənovu elektrik cərəyanı vurub.
O, ətrafdakı insanların köməkliyi ilə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Vəziyyətinin ağır olması səbəbindən R.Əmənov reanimasiya şöbəsinə yerləşdirilib və onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.






