KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə KOBİA sədri Orxan Məmmədov "X"də bildirib.
"Qəbul zamanı sahibkarları dinlədik, suallarını cavablandırdıq. Qəbulda biznes subyektləri tərəfindən qaldırılan məsələlərin Agentliyin səlahiyyətləri çərçivəsində həlli üçün müvafiq tədbirlər görüləcəkdir", - o, qeyd edib.
Şəkil Qalereyası









