MTZ il sonunadək Azərbaycana 725 Belarus traktoru tədarük edəcək

Nərmin Qocamanlı
MTZ il sonunadək Azərbaycana 725 Belarus traktoru tədarük edəcək

Minsk Traktor Zavodu 2024-cü ilin sonunadək Azərbaycana 725 Belarus traktoru tədarük edəcək, ümumi məbləğ təxminən 16 milyon dollar təşkil edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Zavodun mətbuat xidmətindən məlumat verilib.

MTZ-dən bildiriblər ki, traktorlar Belarus avadanlığının yığılması istehsalının təşkil olunduğu Gəncə Avtomobil Zavoduna sökülərək gətiriləcək. Bu gün müəssisənin gücü ildə 2 min traktora qədərdir. 

Şirkətdən bildirilib ki, ötən il Minsk Traktor Zavodu Azərbaycana dəyəri 17 milyon dollardan çox olan 800-ə yaxın traktor verib. Şirkət 2024-cü ilin yanvar-aprel aylarında ixracın həm fiziki, həm də dəyər baxımından artdığını qeyd edib.

Qeyd edək ki, Bakıda Beynəlxalq Caspian Agro sərgisi işə başlayıb. MTZ sərgisində Minsk Traktor Zavodunda yığılmış və Gəncə Avtomobil Zavodunda istehsal olunmuş "Belarus" traktorları nümayiş etdirilir.

Digər xəbərlər