Unun bahalaşması çörək və un məmulatlarının qiymətinə necə təsir edəcək?

Nərmin Qocamanlı
Unun bahalaşması çörək və un məmulatlarının qiymətinə necə təsir edəcək?

Unun qiyməti bahalaşıb. Belə ki, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edirdisə, hazırda bu məbləğ 27 manat 35 qəpiyə qədər artıb.

Bəs qiymət artımı undan hazırlanan məmulatların qiymətinə necə təsir edəcək?

Millət vəkili Rüfət Quliyev “Operativ Media”ya açıqlamasında bildirib ki, çörək və digər un məmulatlarının hazırlanmasında istifadə olunan taxılın qiymətinin artması məhsulların qiymətinə təsir etməyəcək:

“İstənilən formada qiymətin bahalaşması və yaxud ucuz olması məhsula da təsir edir. Amma burada nəzərə almaq lazımdır ki, unun qiymətləri tənzimlənir. Ona görə də maksimal formada çörəyə bu təsir etməyəcək. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, istehlak səbətində vacib olan qida məhsulları un və çörəkdir. Ona görə düşünürəm ki, bu dövlət tərəfindən tənzimlənəcək”.

Digər xəbərlər