Azərbaycanlı MMA döyüşçüsü “UAE Warriors 64” turnirində çempion oldu

Əziz Əzizli
Azərbaycanlı MMA döyüşçüsü “UAE Warriors 64” turnirində çempion oldu

Azərbaycanlı döyüşçü Asəf Çopurov “UAE Warriors 64” turnirində parlaq qələbə qazanaraq bantamveyt çəki dərəcəsində yeni çempion tituluna sahib olub.

Operativ Media xəbər verir ki, idmançımız həllədici görüşdə rəqibi Demarta Pena üzərində inamlı qələbə əldə edib. Bu nəticə ilə Asəf Çopurov peşəkar karyerasındakı uğurlu seriyasını davam etdirib. O, indiyədək keçirdiyi 9 döyüşün hamısında qalib gəlib.

Qeyd edək ki, gənc döyüşçü beynəlxalq arenada Azərbaycanın qarışıq döyüş növlərində (MMA) ən perspektivli idmançılarından biri kimi tanınır. Asəf Çopurovun tezliklə dünyanın ən tanınan döyüş təşkilatı sayılan UFC ilə müqavilə imzalaması gözlənilir.

Digər xəbərlər