Bakıda neçə elektrik doldurma məntəqəsi var?

Nərmin Qocamanlı
Bakıda neçə elektrik doldurma məntəqəsi var?

Müasir dövrümüzdə elektromobillərin sayı artır. Buna görə də elektrik doldurma (şarj) məntəqələri şəbəkəsinin genişləndirilməsinə də ehtiyac yaranır.

Bəs Azərbaycanda neçə elektrik doldurma (şarj) məntəqəsi var?

"Operativ Media” xəbər verir ki, hazırda Bakı şəhərində 55-60, Sumqayıtda 2, bölgələrdə isə 30-35 elektrik doldurma (şarj) məntəqələri fəaliyyət göstərir.  

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev bildirib ki, COP29-a qədər ölkədə 170-177 elektrik doldurma (şarj) məntəqəsi istifadəyə veriləcək:

“Gömrük və rüsumun ləğvindən sora, ölkəyə elektromobil gətirmək daha əlçatan oldu. Eyni zamanda bu avtomobillərdən daha çox istifadə edilməsi üçün, banklarda kreditin ilkin ödənişi 50 faizdən-10 faizə endirildi. 

Azərbaycanda özəl sektor tərəfindən Bakıda və bölgələrin bir çox istirahət mərkəzlərində elektrik doldurma (şarj) məntəqələri quraşdırılıb. Bundan əlavə dövlət tərəfindən yanacaqdoldurma məntəqələrində şarf alətləri quraşdırılıb. 

COP29 ilə bağlı Bakı və Bakıətrafı qəsəbələrdə 170 ədəd elektrik doldurma məntəqəsinin quraşdırılmasına start verilib. Noyabr ayına qədər 170-177 ədəd elektrik doldurma (şarj) məntəqələri istifadəyə veriləcək. Bundan sonra elektromobil sürmək daha asan olacaq”.

Gülcahan Məmmədova

Digər xəbərlər