Mirhüseyn Seyidov: Bizim qarşılaşdığımız "Atletik"in heyəti daha zəngin idi

Əziz Əzizli
Mirhüseyn Seyidov: Bizim qarşılaşdığımız "Atletik"in heyəti daha zəngin idi

"Heç-heçə "Qarabağ" üçün uğurlu nəticə hesab oluna bilər".

Bu sözləri Operativ Media-ya açıqlamasında "İnter Bakı" klubu ilə "Atletik"ə qarşı oynamış azərbaycanlı sabiq futbolçu Mirhüseyn Seyidov deyib.

O, rəqibin daha diqqətli olacağını qeyd edib.

“Çətin səfər oyunudur. "Qarabağ" son iki turda qalib gəlib, bu səbəbdən rəqib daha diqqətli olacaq. Məncə, heç-heçə bizim üçün uğurlu nəticə hesab oluna bilər. İnşallah, qalib gəlsək, bu, tarixi qələbə olar".

Sabiq futbolçu "Ateltik"in son çıxışlarına da toxunub.

"Atletik" son turlarda stabil çıxış etmir. Buna baxmayaraq, evdə rəqibin kimliyindən asılı olmayaraq çox istəkli oynayırlar".

Mirhüseyn Seyidov 2015-ci ildə qarşılaşdığı "Atletik"lə indiki komandanı müqayisə edib.

"Bizim ‘İnter’lә oynadığımız dövrdə ‘Atletik’in heyəti daha zəngin və təcrübəli idi".

Qeyd edək ki, "Atletik Bilbao" - "Qarabağ" qarşılaşması saat 20:45-də start götürəcək.

Digər xəbərlər