Azərbaycan və Latviya yaşıl enerji istehsalı və ixrac layihələrini müzakirə edib

Nərmin Qocamanlı
Azərbaycan və Latviya  yaşıl enerji istehsalı və ixrac layihələrini müzakirə edib
COP29 çərçivəsində Azərbaycan və Latviya energetika nazirləri arasında görüş olub.

Energetika naziri Pərviz Şahbazov Latviyanın iqlim və energetika naziri Kaspars Melnis ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də bildirib.

Məlumata görə, görüşdə Azərbaycanın enerji təhlükəsizliyindəki rolu, yaşıl enerji istehsalı və ixrac layihələri, yaşıl hidrogen tədarükü, həmçinin bərpa olunan enerjinin dayanıqlığını artırmaq məqsədilə enerji saxlanma sistemlərinin tətbiqi barədə fikir mübadiləsi aparılıb.

Şəkil Qalereyası

Azərbaycan və Latviya  yaşıl enerji istehsalı və ixrac layihələrini müzakirə edib - Şəkil 1
Azərbaycan və Latviya  yaşıl enerji istehsalı və ixrac layihələrini müzakirə edib - Şəkil 2

Digər xəbərlər