Prezident Sumqayıt şəhəri və Saray qəsəbəsini birləşdirəcək dəmiryol xətti və körpünün tikintisi üçün vəsait ayırıb - SƏRƏNCAM

Nərmin Qocamanlı
Prezident Sumqayıt şəhəri və Saray qəsəbəsini birləşdirəcək dəmiryol xətti və körpünün tikintisi üçün vəsait ayırıb - SƏRƏNCAM
Prezident İlham Əliyev “Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında” Sərəncam imzalayıb.

"Operativ Media" xəbər verir ki, Sərəncama əsasən, Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən uzunluğu 100 metr, 6 aşırımdan ibarət yeni körpünün tikintisi məqsədilə 9.960.000,0 (doqquz milyon doqquz yüz altmış min) manat vəsait Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Digər xəbərlər