"Neftçi" "Sabah"la oyuna itkilərlə çıxacaq

Əziz Əzizli
"Neftçi" "Sabah"la oyuna itkilərlə çıxacaq

Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Neftçi" klubu "Sabah"ın qonağı olacaq.

"Operativ Media" xəbər verir ki, "ağ-qaralar"ın 3 futbolçusu zədə səbəbindən bu görüşdə oynaya bilməyəcəklər. Rəhman Hacıyev, Eddi İsrafilov və Fərid Yusifli zədə səbəbindən komanda ilə məşqlərdə də iştirak edə bilmirlər.

Xatırladaq ki, "Sabah" - "Neftçi" qarşılaşması Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Digər xəbərlər