Azərbaycandan Serbiyaya qaz nəqlinin iki aylıq dayandırılması ilə bağlı xəbərlər təsdiqlənmir.
"Operativ Media" xəbər verir ki, bu barədə "AnewZ" kanalı məlumat yayıb. Kanalın məlumatına görə, “Şahdəniz Alfa” platformasındakı texniki nasazlığa görə qaz təchizatı müvəqqəti olaraq azalsa da, “Şahdəniz Bravo” platforması stabil ixracı təmin etməklə tam gücü ilə işləməyə davam edir.
Tezliklə Serbiyaya tədarükün bərpası gözlənilir.
17:18
Azərbaycandan Serbiyaya qaz tədarükü müvəqqəti olaraq dayandırılıb.
"Operativ Media" xəbər verir ki, barədə Serbiya prezidenti Aleksandar Vuçiç bildirib.
O qeyd edib ki, buna səbəb "Şahdəniz" yatağında baş verən nasazlıqdır.