Yeni mövsümün ən məhsuldar turu qeydə alınıb

Operativ Media
Yeni mövsümün ən məhsuldar turu qeydə alınıb

Azərbaycan Premyer Liqasının VIII turu yüksək məhsuldarlıqla əlamətdar olub.

Operativ Media xəbər verir ki, baş tutan 6 qarşılaşmada 24 qol vurulub.

“Şamaxı” – “Kəpəz” (1:4) və “Sumqayıt” – “Karvan-Yevlax” (4:1) oyunlarında 5, “Neftçi” – “Araz-Naxçıvan” və “İmişli” – “Qəbələ” (hər ikisi 2:2) matçlarında 4, “Turan Tovuz” – “Qarabağ” (1:2) və “Sabah” – “Zirə” (3:0) qarşılaşmalarında 3 qol vurulub.

Bu, cari mövsümün yeni məhsuldarlıq rekordudur. Bunadək ən yüksək göstərici 18 qolun (orta hesabla 3,00) vurulduğu V tura təsadüf etmişdi.

Orta məhsuldarlığın ən azı 4 olması son 4 mövsümdə ilk dəfə yaşanır. Sonuncu belə hal 2021/22 mövsümünün X turunda qeydə alınıb. Həmin vaxt 4 oyunda 17 qol vurulub və məhsuldarlıq 4,25-ə bərabər olub.

Qeyd edək ki, 2021-ci il noyabrın 6-7-də keçirilən həmin turda “Sabah” – “Zirə” (3:3), “Şamaxı” – “Neftçi” (3:2), “Səbail” – “Qəbələ” (0:2) və “Sumqayıt” – “Qarabağ” (0:4) görüşləri baş tutub.

Digər xəbərlər