Ərdoğan Küveyt, Qətər və Omana səfər edəcək

Şəfa Hüseynli
Ərdoğan Küveyt, Qətər və Omana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 21-23 oktyabr tarixlərində Küveyt, Qətər və Omana rəsmi səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, səfər zamanı Türkiyə ilə bu ölkələr arasında ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə nəzərdən keçirilməsi və əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Görüşlərdə, həmçinin regional proseslər və beynəlxalq gündəmdəki aktual məsələlər barədə fikir mübadiləsi aparılması planlaşdırılır.

Səfərlər çərçivəsində ikitərəfli münasibətlərin hüquqi bazasının möhkəmləndirilməsi məqsədilə bir sıra əməkdaşlıq sazişlərinin imzalanacağı gözlənilir.



Digər xəbərlər