Azərbaycan İrandakı səfirliyinə hücum edən şəxs edam ediləcək - RƏSMİ

Nərmin Qocamanlı
Azərbaycan İrandakı səfirliyinə hücum edən şəxs edam ediləcək - RƏSMİ
İran Ali Məhkəməsi Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib.

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmü Ali Məhkəmədə təsdiqlənib.

"Operativ Media" xəbər verir ki, bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Əsgər Cəhangir deyib.

“İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və İş Tehrana cinayət hökmlərinin icrasına göndərilib”, - sözçü bildirib.

Digər xəbərlər