Mikayıl Cabbarov bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti ilə görüşüb

Əsəd Abbaslı
Mikayıl Cabbarov bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti ilə görüşüb
Mikayıl Cabbarov Davosda Qordon Birrel ilə görüşüb.

Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə M.Cabbarov "X" hesabında yazıb.

Görüşdə, şirkətin yaşılenerji keçidində fəal təmsilçiliyi, ölkəmizlə səmərəli əməkdaşlığı və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparılıb.

Digər xəbərlər