Ana səhifə / İdman / Azərbaycan millisi Meksika Qran-prisini 9 medalla başa vurdu Azərbaycan millisi Meksika Qran-prisini 9 medalla başa vurdu 20.10.2025, 09:59 Operativ Media Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-prini 9 medalla başa vurublar.Operativ Media-nın məlumatına görə, onlardan altısı qızıl, üçü bürünc əyarlıdır.Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Vüsal Qələndərzadə (81 kq), Zelim Kotsoyev (81 kq) və Uşanqi Kokauri (+100 kq) qızıl mükafata sahib çıxıblar.Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Murad Fətiyev (90 kq) bürünc medalla kifayətləniblər.Beləliklə, Azərbaycan komandası medal sıralamasında birinci yeri tutub. Teqlər: Qran-pri cüdo Hidayət Heydərov Zelim Kotsoyev Balabəy Ağayev Uşanqi Kokauri