Miqrasiya Agentliyi Rusiyadakı Özbəkistan beynəlxalq yük maşını sürücülərinə xəbərdarlıq edib
Şəfa Hüseynli
Rusiyada işləyən Özbəkistan beynəlxalq yük maşını sürücüləri Rusiya daxili işlər orqanlarının “girişinə icazə verilməyən şəxslər” siyahısına salınır.
Operativ Media xəbər verir ki, bu barədə Miqrasiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilə kimi Rusiyada beynəlxalq yük daşımalarının təxminən 25 faizi özbək sürücülər tərəfindən həyata keçirilib. Bununla belə, miqrasiya qaydalarına əməl edilməməsi səbəbindən bir çox vətəndaş Rusiya daxili işlər orqanlarının “girişinə icazə verilməyən şəxslər” siyahısına düşür.