Menyu

“Azəryol” kişi həndbol komandasının yeni baş məşqçisi bəlli oldu

Əziz Əzizli
“Azəryol” kişi həndbol komandasının yeni baş məşqçisi bəlli oldu
1 dəq oxu

Kişi həndbolçulardan ibarət “Azəryol” klubunun heyətində mühüm dəyişikliklər olub.

Operativ Media xəbər verir ki, komandanın heyəti əsasən gənclərdən formalaşıb.

Belə ki, 19 nərəflik heyətdə 8 həndbolçunun yaşı 20-dən aşağıdır. 6 nəfərin yaşı 25-dək, 5-nin isə 25-dən çoxdur. Yeni mövsüm üçün məşqçilər heyətində də dəyişiklik edilib. Emin Aydəmirov klubunun baş məşqçisi təyin olunub.

Həmçinin təcrübəli həndbolçu Vadim Skrebtsov karyerasını “Azəryol”da məşqçi kimi davam etdirəcək.

Əlaqəli Xəbərlər