2025-ci ildə Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibənin baş verməsi ehtimalı yüksək deyil.
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin (SVR) Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyətlə bağlı dərc etdiyi hesabatda deyilir.
“Bu hesabatın dərci zamanı müxtəlif faktların, məlumatların və hadisələrin təhlilinə əsaslanaraq, biz Azərbaycanın Ermənistana genişmiqyaslı hərbi hücumu ehtimalını yüksək qiymətləndirmirik”, - SVR hesabatında deyilir.






